Brüsseldə hava limanında baş verən terror aktını törədənlərin kimliyi məlum olub

Brüsseldə hava limanında baş verən terror aktını törədənlərin kimliyi məlum olub.

APA-nın məlumatına görə, bu barədə RTBF telekanalı xəbər yayıb. Terror aktını Belçika vətəndaşları olan Xalid və İbrahim Bakraui qardaşlarının törətdiyi açıqlanıb. Onların partlayıcı qurğuları işə saldığı ehtimal olunur. Hər iki şəxsin partlayış nəticəsində öldüyü bildirilir.

Xatırladaq ki, ötən gün Brüsseldə ard-arda bir neçə terror aktı baş verib. “Zaventem” beynəlxalq hava limanında 2 və metroda baş verən partlayış nəticəsində 31 nəfər ölüb, 250 nəfər yaralanıb. Belçika hökuməti baş verən hadisəni terror aktı adlandırıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri