BP: İran təbii qaz ehtiyatına dünyanın birinci, neft ehtiyatına görə üçüncü ölkəsidir

BP şirkəti 2012-ci il üçün dünyadakı enerji resursları ilə bağlı proqnozlarını açıqlayıb.


APA-nın İRİB-ə istinadən məlumatına görə, sənəddə bildirilir ki, dünyanın ümumi təbii qaz ehtiyatının həcmi 187,3 trln. kubmetrdir: “Bu isə hazırkı tələbata görə yalnız 56 il üçün dünyaya kifayət edəcək. Bir neçə ildir dünyanın ən iri “mavi yanacaq” ehtiyatına malik ölkəsi kimi siyahıya başçılıq edən Rusiya öz mövqeyini itirib. Hazırda hesablamalara əsasən, bu ölkənin təbii qaz ehtiyatı 44,6 trln. kubmetrdən 32,9 trln. kubmetrədək azalıb. İran isə 33,6 trilyon kubmetrlik “mavi yanacaq” ehtiyatı ilə birinci pilləyə yüksəlib”.



Sənəddə Venesuela dünyanın ən böyük neft ehtiyatına malik ölkəsi kimi qeyd edilib. Siyahıda sonrakı yerləri Səudiyyə Ərəbistanı, İran və İraq tutur.
Şərhlər
Dünya bölməsinin xəbərləri