Pakistanda partlayış nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb, 200-dən çox yaralı var
- 27.03.2016, 22:56,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Pakistanın şimal-qərbindəki Lahor şəhərində partlayış nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.
APA-nın TASS agentliyinə istinadaən verdiyi məlumata görə, partlayış nəticəsində 200-dən çox insan yaralanıb.
Terror aktına görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.
***
Pakistanın şimal-qərbindəki Lahor şəhərində partlayış nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb.
APA-nın məlumatına görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Partlayış nəticəsində 100 nəfərə yaxın şəxs yaralanıb. Partlayış Gülşən-İqbal parkı yaxınlığında baş verib. İlkin məlumatlara əsasən partlayışı terrorçu-kamikadze törədib. Yaralıların əksəriyyəti qadın və uşaqlardır.
***
Bu gün Pakistanın şimal-şərqində yerləşən Lahor şəhərində partlayış baş verib.
APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində Ən azı 10 nəfər ölüb, 30 nəfər yaralanıb.
Partlayış şəhər parklarının birində baş verib.