DSX: "Dörd generalın sərəncama göndərilməsi barədə yayılan xəbərlər tamamilə yalandır"

Azərbaycan Dövlət Sərhəd Xidməti qurumda yoxlamalar aparılması və dörd generalın sərəncama göndərilməsi barədə bəzi KİV-lərdə yayılan xəbərə münasibət bildirib.



DSX-nın Mətbuat Mərkəzindən APA-ya bildirilib ki, onlarda heç bir yoxlama həyata keçirilmir, və generalların sərəncama göndərilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil və tamamilə yalandır.



Qeyd edək ki, bəzi KİV-lərdə DSX-da yoxlamaların aparılması və dörd generalın sərəncama göndərilməsi barədə xəbərlər yayılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri