"Sosial sığorta haqqında" qanuna dəyişiklik edilir
- 30.03.2016, 17:34,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda “Sosial sığorta haqqında” qanuna dəyişiklik edilir.
Trend-in məlumatına görə, bununla bağlı bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxış edən komitə sədri Hadı Rəcəbli deyib ki, bu qanuna yeni əlavə edilir.
Layihəyə əsasən, qanunun 14-cü maddəsinə əlavə edilən "Qeyd"də bildirilir ki, bu maddənin üçüncü hissəsinin ikinci bəndinin məqsədləri üçün əməkqabiliyyətli şəxslər dedikdə, I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər başa düşülür.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.