"Azərbaycan Kredit Bankı" və "Eurobank"ın aktivlərinin böyük hissəsi hərracda satılıb

“Azərbaycan Kredit Bankı” ASC və “Eurobank” ASC-nin aktivlərinin hamısı açıq hərraca çıxarılıb.


Bunu APA-ya açıqlamasında bu banklara ləğvedici təyin olunan “Azerbaijan İnternational Consultinq Company” MMC-nin direktoru Natiq Yusifoğlu bildirib.


Onun sözlərinə görə, hərraca çıxarılan aktivlərin böyük bir hissəsi də artıq satılıb.



"Satışdan əldə olunan vəsait Mərkəzi Bankdakı xüsusi hesaba toplanılır. Bundan sonra isə əmanətçilərə proporsional faizlə paylanılır", - deyə N. Yusifoğlu qeyd edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri