“Moskva” univermağında qarət: 300 minlik qızıl apardılar

Dünən “Moskva” univermağından oğurlanan qızıl-zinət əşyaların dəyəri məlum olub.

Live.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi xəbərə görə, univermaqdan ümumilikdə təxminən 300 min manatlıq qızıl-zinət əşyaları qarət edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə araşdırma aparılır.

Qeyd edək ki, dünən Nəsimi rayonunda yerləşən “Moskva” univermağında qarət hadisəsi baş verib. Gecə saatlarında naməlum şəxslər qapını sındırmaq yolu içəriyə daxil olaraq qızıl-zinət oğurlayıblar.





___

Bakının Nəsimi rayonunda ticarət mərkəzindən oğurluq edilib.

Live.Az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Cavadxan küçəsi 5 ünvanında yerləşən “Moskva” univermağında baş verib.

Gecə saatlarında univermağa gələn naməlum şəxslər qapını sındırmaq yolu ilə içəri daxil olublar. Oğrular ticarət mərkəzindən xeyli miqdarda qızıl-zinət əşyalarını götürərək hadisə yerini tərk ediblər.

Ticarət mərkəzinin mühafizəçisi hadisə zamanı yatdığından, oğurluqdan xəbəri olmayıb. O, hadisədən xəbər tutduqdan sonra polisə məlumat verilib.

Hadisənin baş verən əraziyə və nəzarət kameralarına polis tərəfindən baxış keçirilib. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Dəstənin bütün üzvləri tutulmadığı üçün saxlanılan şəxslərin adı açıqlanmır. Oğurluqda iştirak edən digər şəxslərin axtarışları davam edir.

Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri