FİFA prezidenti: Azərbaycan və Türkiyə 2026-cı il dünya çempionatına ev sahibliyi etmək istəyir

FİFA prezidenti: Azərbaycan və Türkiyə 2026-cı il dünya çempionatına ev sahibliyi etmək istəyir Azərbaycan növbəti dünya çempionatına ev sahibliyi edə bilər.


Live.az-ın APA-ya istinad'n verdiyi məlumata görə, indiyədək güləş, boks, bədii gimnastika və digər idman növləri üzrə mundiallara ev sahibliyi edən ölkəmiz futbol üzrə dünya çempionatı keçirmək iddiasındadı.



Bunu FİFA-nın prezidenti Canni İnfantino açıqlayıb.



Uruqvayın DÇ-2030-a namizədliyinə münasibət bildirən İnfantino qeyd edib ki, ilk növbədə 2026-cı ildə keçiriləcək yarışı düşünmək lazımdı. Onun sözlərinə görə, artıq iddiaçı ölkələr də bəllidi.



Belə ki, bu ölkələr sırasında Azərbaycanla Türkiyənin birgə ev sahibliyi etmək istəyi də var. Həmçinin, Kanada, Meksika, Kolumbiya, Mərakeş, ABŞ, İngiltərə, Qazaxıstan, eyni zamanda Avstraliya ilə Yeni Zelandiya birlikdə mundialı qəbul etmək arzusundadılar. Amma bu istəklərin heç də hamısı müraciətlərini hələlik rəsmiləşdirməyiblər.



Qeyd edək ki, DÇ-2018 Rusiyada, DÇ-2022 Qətərdə keçiriləcək. Azərbaycan isə AVRO-2020-nin final mərhələsinin 4 oyununa ev sahibliyi edəcək.
Şərhlər
İdman bölməsinin xəbərləri