Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsini müzakirə edəcək

ATƏT-in Minsk qrupu gələn həftə Vyanada növbəti görüş keçirəcək. Trend-in məlumatına görə, bunu RİA Novosti-yə təşkilatdakı mənbə deyib.

Mənbə qeyd edib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskin gərginləşməsi müzakirə ediləcək: "Ermənistan-Azərbaycan münaqişəsində təmas xəttində davam edən gərginlik və ATƏT-in tənzimlənməyə kömək üzrə rolu nəzərə alınmaqla gələn həftə Vyanada aparılacaq mütəmadi məsləhətləşmələr çərçivəsində Dağlıq Qarabağ üzrə üç həmsədr (ABŞ, Rusiya, Fransa) bir araya gələcək.

Onun sözlərinə görə, həmsədrlərin ATƏT-in bir sıra üzv dövlətlərindən ibarət Minsk qrupu üzvlərini vəziyyət və uzun müddətdir davam edən bu münaqişənin tezliklə həlli yollarının axtarışı üzrə həmsədrlərin gələcək addımları barədə məlumatlandıracağı gözlənilir.
Şərhlər
Siyasət bölməsinin xəbərləri