Sarkisyan itkilərinin bir hissəsini etiraf etdi

Ermənilər Azərbaycanın Müdafiə Nazirliyindən fərqli olaraq son döyüşlər zamanı verdiyi itkiləri barədə məlumatları gizlədərək, təhrif edib. Onların məlumatına görə, guya ölü sayı cəmi 18-dir, yaralılar isə isə 35 nəfərdir.

Ermənistan prezidenti Serj Sarkisyan cəbhədəki döyüşlər zamanı ölən erməni hərbçilərinin sayının bir hissəsini açıqlayıb.

ANS-in məlumatına görə, Milli təhlükəsizlik şurasının təcili iclasını keçirən Sarkisyan bildirib ki, döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələri 18 hərbçisini itirib.

Sarkisyan deyib ki, son döyüşlər 1994-cü ildən bu yana ən genişmiqyaslı hərbi əməliyyatlar olub.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

Bu xəbəri bəzi erməni saytları da təsdiq edir. Belə ki, həmin saytlarda Ermənistan ordusunun itkilərinin 100-dən çox olması barədə məlumatlar yayılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri