ABŞ Suriya müxalifətinə hərbi yardım göstərəcək
- 14.06.2013, 09:18,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ prezidenti Barak Obama Suriya müxalifətinə yardım paketinə bir sıra silah növlərini daxil edib. APA-nın məlumatına görə, bu barədə Reyter öz mənbələrinə əsasən məlumat yayıb.
Silahların növü və onların müxaliflərə verilmə vaxtı barədə məlumat verilmir.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ben Rods bəyan edib ki, Obama Suriya müxalifətini hərbi cəhətdən dəstəkləmək barədə qərar qəbul etsə də, bu dəstəyin detallarını açıqlamayıb.
Ağ Ev Suriya müxalifətçilərinə hərbi yardım göstərmək barədə qərarı Bəşər Əsəd rejiminin öz vətəndaşlarına qarşı kimyəvi silahdan istifadə etməsi barədə kəşfiyyat məlumatları açıqlanandan sonra qəbul edib.