Azərbaycan Ordusunun şəhid hərbçiləri dəfn olunub
- 03.04.2016, 14:24,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Aprelin 2-nə keçən gecə təmas xəttində düşmənlə gedən döyüşdə həlak olan Azərbaycan Ordusunun əsgəri 20 Orxan Əliyev dəfn olunub.
APA-nın verdiyi məlumata görə, şəhid doğulduğu Qazax rayonun Aslanbəyli kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin başçısı, ictimaiyyət nümayəndələri və şəhidin hərbçi yoldaşları iştirak edib.
***
Azərbaycan ordusunun şəhid olan əsgəri, 1994-cü il təvəllüdlü Kaçayev Samir Ziyəddin oğlu bu gün doğulduğu Şamaxı rayonunda dəfn edilib.
APA-nın xəbərinə görə, şəhid Samir Kaçayevin nəşi Şamaxı rayonunun Çuxuryurd kəndindəki məzarlıqda torpağa tapşırılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Şamaxı Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi, kənd sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyəti də iştirak edib. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb.
Qeyd edək ki, şəhid Samir Kaçayev ötən ilin iyulunda Şamaxı rayonundan hərbi xidmətə yola salınıb. O, cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub. Doqquz ay idi ki, hərbi xidmətdə olan Samir Kaçayev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu idi. O, bu ilin iyulunda hərbi xidmətini başa vuracaqdı.
***
Aprelin 2-nə keçən gecə təmas xəttində düşmənlə gedən döyüşdə həlak olan Azərbaycan Ordusunun əsgəri 19 yaşlı Rəvan Nurayev dəfn olunub.
APA-nın verdiyi məlumata görə, R. Nurayev doğulduğu Zaqatala rayonunun Muxax kəndində torpağa tapşırılıb.Dəfn mərasimində Müdafiə Nazirliyinin və Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi şəxsləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Allah rəhmət eləsin!