Rusiyanın Müdafiə Nazirliyi yanır
- 03.04.2016, 19:18,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya FHN rəhbərinin müavini general-polkovnik Aleksandr Çupriyan Müdafiə Nazirliyinin Moskvanın mərkəzində yanan binasına gedib.
Yanğın artıq 3.5 min kv.m-i əhatə edir.
Rusiya MN məlumat yayaraq bildirib ki, Znamenka, 19 ünvanında yerləşən inzibati korpusunun təmir gedən binalarından birində güclü tüstülənmə olub. Sonra alov 3-cü mərtəbədən 4-5-ci mərtəbələrə, sonra isə binanın damına keçib.
Yanğının təhlükəsi ən yüksək həddə elan olunub.
Qurum bildirib ki, MN-in işçilərinin həyatı üçün heç bir təhlükə yoxdur.
Milli.Az