Müdafiə Nazirliyi: "Ermənilərin işğal olunmuş ərazilərdəki komanda-qərargah məntəqəsi darmadağın edilib"

Azərbaycan Müdafiə Nazirliyi cəbhədə baş verənlərə dair növbəti məlumat yayıb.


APA-nın xəbərinə görə, açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi dəqiq cavab atəşi ilə darmadağın edilib: "Düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib. Müdafiə Nazirliyi bildirir ki, həyata keçirilən əməliyyatla bağlı video görüntülər ictimaiyyətə təqdim olunacaq".
Şərhlər
Hadisə bölməsinin xəbərləri