Hacıqabulda baş verən zəncirvari avtoqəzada iki nəfər yaralanıb
- 14.06.2013, 09:39,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Hacıqabulda baş verən zəncirvari avtoqəzada iki nəfər yaralanıb.
Bu barədə APA-ya BDYP-dən məlumat verilib. Məlumatda bildirilir ki, gecə saat 00.30 radələrində Hacıqabul rayon mərkəzinə yaxın Bakı-Qazax yolunun 112-ci kilometrliyində zəncirvari avtomobil qəzası baş verib.
Türkiyə vətəndaşı olan Kemal Aybayrakın idarə etdiyi 34 UY 5601 (qoşqusu 34 AB 8700) dövlət nömrə nişanlı “Mercedes” markalı TIR yük avtomobili yolda idarəetməni itirərək metal yol ayrıcına çırpılıb. Nəticədə 30 ton ağırlığında kisələrdə polietilen məmulatı üçün xammal ilə yüklənmiş TIR aşıb. Qəza zamanı çevrilən TIR yük avtomobili arxadan sürətlə gələn digər 3 avtomobilin - 18 BF 275 dövlət nömrə nişanlı VAZ 21015 markalı, 90 FK 116 və 02 BX 373 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillərin zəncirvari qəzasına səbəb olub.
Qəza zamanı 90 FK 116 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobildə olan iki bacı 1988-ci il təvəllüdlü Nəcəfova Tünzalə Balabəy qızı və 1991-ci il təvəllüdlü Nəcəfova Səkinə Balabəy qızı müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhərə xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.