Martın 11-dən bəri ilk dəfə Azərbaycanda dollar bahalaşıb
- 04.04.2016, 18:39,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 5-ə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən APA-ya verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi aprelin 5-ə 1,5165 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, dollar bu gün 1,5094 manata bərabər olub.
Qeyd edək ki, martın 11-dən aprelin 4-dək manatın dollara qarşı möhkəmlənməsi müşahidə olunub. Qeyd edilən müddət ərzində dolların məzənnəsi 1,6456 manatdan 1,5094 manata enib.