Rusiya XİN sözçüsü: “Sergey Lavrov Bakıya səfərini təxirə salmayıb”
- 05.04.2016, 01:09,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya səfərini təxirə salmayıb.
APA-nın verdiyi məlumata görə, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, planlaşdırıldığı kimi Sergey Lavrov aprelin 7-də Bakıda Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin görüşündə iştirak edəcək: "Bakıda keçiriləcək üçtərəfli görüşdə nazirin iştirakı təxirə salınmayıb. Nazirlər görüşdə Dağlıq Qarabağdakı vəziyyəti və münaqişənin nizamlanması yollarını müzakirə edəcəklər”.