Xələf Xələfov: “Dünya ictimaiyyətini Ermənistana təsir göstərməyə çağırırıq”

“Azərbaycan dünya ictimaiyyətini münaqişənin sülh yolu ilə həllinə səy göstərmək üçün Ermənistana təsir göstərməyə çağırır”.



APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun Bakıda keçirilən 44-cü iclasında deyib. O, təmas xəttində baş verən son hadisələrdən narahat olduğunu qeyd edib: “Ermənistan Azərbaycan ərazisini tərk etməli və münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".



Nazir müavini cəbhədə baş verənlərin məsuliyyətinin Ermənistanın üzərinə düşdüyünü vurğulayıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri