Ermənilərin artilleriya zərbələri nəticəsində 16 yaşlı qız həlak olub
- 05.04.2016, 13:34,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Erməni silahlı qüvvələrinin yaşayış məntəqələrini artilleriya zərbələri ilə vurması nəticəsində daha bir dinc sakin həlak olub.
APA-nın xəbərinə görə, hadisə bu gün səhər saatlarında Tərtər rayonunun Həsənqaya kəndində qeydə alınıb.
Mərminin evə düşməsi nəticəsində 2000-ci təvəllüdlü Həsənova Turanə Kamandar qızı ölüb.
Məlumata görə, Kəlbəcər rayonundan məcburi köçkün olan Həsənovlar ailəsi Həsənqaya kəndində məskunlaşıb.
16 yaşlı qızın meyiti müayinə olunmaq üçün Tərtər morquna aparılıb.