Həmsədrlər Bakıda görüşlərə başlayıblar

ATƏT-in Minsk qrupunun həmsədrləri - rusiyalı İqor Popov, fransalı Pyer Andryu və amerikalı Ceyms Uorlik bu gün Bakıda görüşlərə başlayıblar.



APA-nın məlumatına görə, diplomatların Azərbaycan prezidenti İlham Əliyevlə və digər rəsmi şəxslərlə görüşləri planlaşdırılıb.



Həmsədrlər sabah Azərbaycanın işğal olunmuş bölgəsi Dağlıq Qarabağda olacaqlar. Onların Ermənistan səfəri isə aprelin 9-na nəzərdə tutulub.
Şərhlər
Siyasət bölməsinin xəbərləri