Azərbaycan prezidenti həmsədrləri qəbul edib
- 06.04.2016, 14:29,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini - Ceyms Uorlik, İqor Popov və Pyer Andryunu qəbul edib.
APA-nın məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı vəziyyət müzakirə olunub.
Həmsədrlər cəbhə xəttində atəşkəs razılaşmasının əldə olunmasını alqışlayıblar. Onlar belə bir fikri diqqətə çatdırıblar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırda aparılan danışıqlar daha intensiv xarakter almalı və bu danışıqlar nəticəsində münaqişə tezliklə öz həllini tapmalıdır.
Görüşdə ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik də iştirak edib.