Nazir: "Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü üzərində işləyirik"

"Biz Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü üzərində işləyirik".



APA-nın məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.



Onun sözlərinə görə, görüşün Azərbaycanda keçirilməsi nəzərdə tutulur: "İran prezidenti daha öncə Azərbaycana səfər edib. Sonra Azərbaycan prezidentinin İrana səfəri baş tutdu. İran prezidenti üçtərəfli görüşdə iştirak etməkdən məmnun olacaq".
Şərhlər
Siyasət bölməsinin xəbərləri