Həmsədrlərin separatçıların rəhbəri ilə görüşü zamanı Xankəndidə ardıcıl partlayışlar baş verib

ATƏT-in Minsk qrupu həmsədrlərinin separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanla görüşü zamanı Xankəndinin mərkəzində güclü partlayışlar baş verib.



APA-nın məlumatına görə, RİA "Novosti” agentliyinin Xankəndidə olan müxbiri xəbər verir ki, eyni vaxtda şəhərin kənarından pulemyot səsləri də eşidilib, havada işıqsaçan güllələr görünüb.



Hadisə barədə hələlik əlavə məlumat yoxdur.



Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bundan əvvəl Bakıda olub. Onlar Xankəndidən sonra İrəvana gedərək, Ermənistan rəhbərliyi ilə görüş keçirəcək, regiona səfərin yekunu olaraq birgə bəyanat yayacaqlar.
Şərhlər
Siyasət bölməsinin xəbərləri