Bakıda iki sərnişin avtobusu toqquşub, 60 yaşlı qadın ölüb, 9 nəfər xəsarət alıb
- 08.04.2016, 12:43,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Səhiyyə Nazirliyi bu gün Bakıda baş vermiş avtobus qəzasında xəsarət alanların sayını açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəza nəticəsində 9 nəfər xəsarət alıb.
Onlardan 7 nəfəri 3 saylı Şəhər Klinik Xəstəxanaya, 2 nəfəri isə Travmatologiya İnstitutuna yerləşdirilib.
Nazirlikdən onu da qeyd ediblər ki, qəza nəticəsində 60 yaşlı qadın dünyasını dəyişib.
Qəzada ölən qadının və xəsarət alanlardan bəzilərinin kimliyi açıqlanıb. 3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən xəbərə görə, qəza nəticəsində Qurbanov Abbas, Əliyeva Mehri, Qurbanova Tamella, Kərimova Gülmərcan, Zeynalova Gültən, Ağamirzəyeva Əzizə və naməlum kişi xəsarət alıb.
APA-nın hadisə yerində olan əməkdaşı isə dəqiqləşdirib ki, ölən qadın 60 yaşlı Jitova Svetlana Yuriyevnadır.