Azərbaycanda kafe sahibi müştərilərdən birini bıçaqlayaraq öldürüb, digərinə ağır xəsarət yetirib
- 14.06.2013, 19:33,
- Hadisə / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Mingəçevir şəhərində baş verən dava bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnib.
APA-nın məlumatına görə, hadisə iyunun 14-də gecə saat 3:30 radələrində şəhərin Naxçıvan küçəsindəki kafelərdən birində qeydə alınıb. Yeməkxana sahibi 1988-ci il təvəllüdlü İmanov Elnur Zülfü oğlu işlətdiyi obyekti bağlayaraq evə getmək istədiyini deyib və buna görə də müştərilərdən kafeni tərk etmələrini xahiş edib.
Müştərilərdən 1985-ci il təvəllüdlü Yusifbəyli Toğrul Rafiq oğlu və 1983-cü il təvəllüdlü Ədili Taleh Əli oğlu kafe sahibi ilə mübahisə edərək bayıra çıxmayacaqlarını bildiriblər. Elnur İmanov aralarında baş verən dava zamanı Toğrul Yusifbəyliyə bıçaqla ağır xəsarətlər yetirib. Həmçinin, dava zamanı 1983-cü il təvəllüdlü Ədili Taleh Əli oğlu da sağ döş qəfəsindən bıçaq yarası alıb. Hər iki yaralı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, 28 yaşlı Toğrul Yusifbəylini xilas etmək mümkün olmayıb.
T. Ədili isə xəstəxanada cərrahiyyə əməliyyatı olunub və hazırda onun vəziyyəti orta - ağır olaraq qalır. Qətli törədən E. İmanov tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.