Sarkisyan Dağlıq Qarabağ münaqişəsini Levon Ter Petrosyanla onun evində müzakirə edib

Ermənistan prezidenti Serj Sarkisyan ölkənin sabiq prezidenti Levon Ter Petrosyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüş Ter Petrosyanın təşəbbüsü ilə onun evində baş tutub.

“Bir saatadək davam edən söhbətdə istisna olaraq təmas xəttində son hadisələr, danışıqlar prosesinin perspektivləri və milli konsolidasiyanın vacibliyi müzakirə edilib”, deyə Sarkisyanın mətbuat xidmətinin məlumatında bildirilir.
Şərhlər
Siyasət bölməsinin xəbərləri