ABŞ, RF və Fransa prezidentləri Dağlıq Qarabağ problemi üzrə bəyanat qəbul edəcəklər
- 14.06.2013, 19:36,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ, Rusiya və Fransa prezidentləri Barak Obama, Vladimir Putin və Fransua Olland G8 sammiti çərçivəsində danışıqların yekunu üzrə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat qəbul edəcəklər.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü RF Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə deyib.
Uşakov bildirib: "100 faiz əminliklə deyə bilərəm ki, Obama, Putin və Olland Dağlıq Qarabağ problemi üzrə bəyanat qəbul edəcəklər".