Ağ evin saytında yerləşdirilən Dağlıq Qarabağ petisiyasını artıq 65 mindən çox adam imzalayıb

Obama administrasiyasının internet resursunda (https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe) petisiya cəmi 4 gün öncə açılsa da, artıq 65 mindən çox insan onu imzalayıb.

Bunu APA-ya açıqlamasında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti Elçin Salmanov deyib.

AVCİYA-nın “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə petisiya” adlı layihəsinin uğurla davam etdiyini deyən E. Salmanov hamını aksiyaya qoşulmağa dəvət etdiyini bildirib.

“Əlbəttə ki, bu çox yüksək göstəricidir, amma sayı milyonlarla olan dünya azərbaycanlılarının, dünya türklərinin hamısı bir nəfər kimi bu kampaniyaya qoşulmalı, hamı işğalçı Ermənistanı ifşa etmək üçün birləşməli, daha yüksək göstəricilər əldə olunmalıdır. Düzdür, qaydalara görə 100 min səs petisiya üçün kifayət edir, lakin biz milyonlarıq və milyonların imzası Qarabağ həqiqətlərini, Sərsəng harayını beynəlxalq aləmə çatdırmalıdır”, - deyə o vurğulayıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri