Maliyyə Nazirliyi Beynəlxalq Bankdakı payını 4%-ə yaxın artırıb
- 11.04.2016, 19:58,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Beynəlxalq Bankının səhmdarlarının pay bölgüsündə dəyişiklik baş verib.
APA xəbər verir ki, Maliyyə Nazirliyi bankdakı iştirak payını 51,07%-dən 54,96%-dək artırıb.
Bundan başqa, nizamnamə kapitalında qeyri-dövlət müəssisələrinin iştirak payı 10,11%-dən 8,49%-dək azalıb.
Fiziki şəxslərin kapitaldakı payı 38,82%-dən 36,55%-ə enib.
Belə çıxır ki, Maliyyə Nazirliyi qeyri-dövlət müəssisələrindən 1,62%, fiziki şəxslərdən 2,27% alıb.
Hazırda bankın nizamnamə kapitalı 641 mln. 287,25 min manatdır.