2050-ci ildə dünya əhalisi sayı 9,6 milyard olacaq
- 14.06.2013, 20:08,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Birləşmiş Millətlər Təşkilatının (BMT) hazırladığı növbəti hesabata görə, dünya əhalisinin sayı əsrin ortasında 9,6 milyarda çatacaq. Hesabatda, hazırda dünya əhalisinin sayının 7,2 milyard olduğu qeyd olunub. ANS Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2025-ci ildə dünya əhalisinin sayı bir qədər də artaraq 8,1 milyard olacaq.
Hazırda inkişaf etmiş ölkələrdə əhalinin sayı yüksək templə artır. Az inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə isə əhalinin ümumi sayı 5,9 milyarddır. 2050-ci ildə bu, rəqəmin 8,2 milyarda çatacağı bildirilir.
Hesabatda inkişaf etməkdə olan ölkələrin əhalisinin sayında cidd bir artım olmayacağı, hazırda əhalisi ümumilikdə 1,3 milyard olan bu ölkələrin sakinlərinin sayının 2050-ci ildə də eyni olacağı təxmin edilir.