İƏT Baş katibi: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

“Ermənistan Azərbaycan ərazisi olan Dağlıq Qarabağdan qoşunlarını çəkmir”.

APA-nın məlumatına görə, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən XIII Zirvə toplantısında İƏT Baş katibi İyad Madani deyib. Baş katib bildirib ki, işğal illərdir, davam edir: “BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərarlarına erməni tərəfi əməl etmir. Biz problemin tezliklə həll olunmasını istəyirik. İşğalçı ordu tez bir zamanda zəbt etdiyi torpaqlardan çıxmalıdır. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycanın suverenliyi qəbul edilməlidir”.

Qeyd edək ki, iki günlük Zirvə toplantısı davam edir. Zirvə toplantısında Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edirlər.
Şərhlər
Siyasət bölməsinin xəbərləri