Davudoğlu: “Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı ortaq mövqe nümayiş etdirməliyik”

”Azərbaycanın işğal altındakı torpaqları məsələsində müştərək mövqe nümayiş etdirməliyik”.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən XIII zirvə toplantısında çıxış edən Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

Ə. Davudoğlu Fələstin torpaqlarının işğaldan azad edilməsinin islam ölkələrinin əsas problemlərindən biri olduğunu söyləyib: “Bu günlərdə yenidən gündəmə gələn Azərbaycanın işğal altındakı torpaqları məsələsində də, Krımın Rusiya tərəfindən işğalı məsələsində də əsrlər boyu islam torpaqları olmuş o torpaqların yenidən azadlıq əldə etmələri üçün müştərək mövqe nümayiş etdirməliyik”.

Baş nazir İƏT üzvü olan ölkələrin bəhs edilən problemlər barədə bundan sonra daha fəal mövqe nümayiş etdirəcəklərinə inandığını vurğulayıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri