Bakının 1550 ha boz ərazisi yaşıllaşacaq
- 14.06.2013, 20:10,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Bu il Bakının baş planın qəbul edilərək təsdiqlənəcəyi gözlənilir". Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev ANS-in canlı yayımında bildirib. "Bakı tarixi mövcud, qədim şəhərdir. Biz istəsək də, istəməsəkdə mövcud şəhərin yenidən qurulması sökütülərlə müşahidə edilməlidir. Bakı şəhərinin ilk dəfə 1550 hektar ərazisnin müfəssəl planı layihəsi hazırlanıb və orada bir çox yeniliklər var. Onlardan biridə şəhərin mərkəzi hissəsində yaşıllığın artırılmasıdır. Belə təklif edilir ki, cəmi 116 hektar olan yaşıllıq sahəsi 3 dəfə artırılsın".
C.Qocayevin sözlərinə görə, müfəssəl planlaşdırma layihəsi 2030-cu ilə qədər olan dövrü əhatə edir. "2030-cu ilə kimi Bakının 1550 ha ərazisi boz ərazidən yaşıl əraziyə çevriləcək. Həmin ərazi nisbətən dar küçələri geniş küçələr əvəz edəcək. Mərkəzi küçələrin sahəsi 30-35 faiz artacaq. Hesab edirəm ki, 2030-cu ildə əsl tarixi.qədim Bakıya bənzəyən müasirləşmiş, yeni Bakının şahidi ola biləcəyik".
Yaşıllaşdırmanın əsas hissəsinin "Sovetski" kimi tanıdığımız ərazinin payına düşür. Komitə rəsmisinin sözlərinə görə, bu ərazini söküb yerində hündür binalar tikmək şəhərsalma, ekoloji, məskunlaşma nöqteyi-əzərindən məqsəduyğun sayılmır. Həm ərazinin həddindən artıq yüklənməsi, eyni zamanda ekoloji vəziyyətin çətinləşməsi ola bilər. "Heydər Əliyev sarayının arxasından başlayaraq, Hüseyn Cavid prospektindəki Milli Elmlər Akademiyasının binasına qədər bir zolaq gələcəkdə yaşıllaşdırılması planda var".