Şagirdin məktəbdən yayınmasına görə valideynin 100 manat cərimələnməsini nəzərdə tutan cəza ləğv edilib

Bu gün Milli Məclisin (MM) plenar iclasında “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, dəyişiklik 4 ay əvvəl qüvvəyə , İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinin 2-ci bəndinin ləğv edilməsi ilə əlaqədardır.

İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinin 2-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlər və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilir.

Millət vəkili Elmira Axundova Milli Məclisin 4 ay əvvəl qəbul etdiyi qanunun ləğvini düzgün saymayıb. Spiker Oqtay Əsədov isə ötən illərdə çoxlu sayda qanun layihələrinin geri qaytarıldığını xatırladıb: “Elmira xanım, siz bu məsələyə niyə belə reaksiya verirsiniz?”.

Məsələ Milli Məclisdə səs verməyə çıxarılaraq qəbul edilib və övladının məktəbə davamiyyətsizliyinə görə valideynin cərimələnməsi nəzərdə tutan cəza ləğv edilib.
Şərhlər
Sosial bölməsinin xəbərləri