Çempionlar Liqasında mövsümün son püşkatma mərasimi keçirilib
- 15.04.2016, 15:33,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Çempionlar Liqasında mövsümün son püşkatma mərasimi keçirilib. İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə yarımfinal və final mərhələlərinin püşkü atılıb.
Avropanın ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 4 ən güclü komanda əvvəl iki yarımfinal cütünü təşkil edib. Aprelin 26-27-də ilk, mayın 3-4-də cavab matçları keçiriləcək mərhələdə “Mançester Siti” “Real”la, “Atletiko” isə “Bavariya” ilə qarşılaşacaq.
Ardınca mayın 28-də, İtaliyanın Milan şəhərində baş tutacaq finalın nominal meydan sahibi müəyyənləşib. Bu, “Mançester Siti” - “Real” cütünün qalibi olacaq.
Yarımfinal
26-27 aprel/3-4 may
1. “Mançester Siti” (İngiltərə) - “Real” (İspaniya)
2. “Atletiko” (İspaniya) - “Bavariya” (Almaniya)
Final
28 may, Milan
1-ci cütün qalibi – 2-ci cütün qalibi