Balaca Aylanın köməyə ehtiyacı var
- 15.04.2016, 20:35,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İki yaşlı Ayla Azayevanın atası Fərhad Azayev müraciət edib.
İki yaşlı Ayla Azayevanın atası Fərhad Azayev redaksiyamıza müraciət edib.
Müraciətdə deyilir:
"Əziz qardaş və bacılar, köməyinizə ehtiyac var, bu balaca balamı xilas etməkdə kömək olun.
Allah xatrinə, Sizdən cox xahiş edirəm aşaxdakı elanı və şəkilləridə saytınızda yerləşdirinki insanlarda hər hansı bir şübhə qalmasın. Maddi köməyə cox ehtiyac var.
2 yaşlı Ayla Azayevaya kəskin leykoz L2 (qan xərçəngi) diaqnozu qoyulub.
27.04.2015 tarixindən uşaq Belarusiyada Uşaq Onkologiya Hematologiya və İmmunologiya Mərkəzində müalicə olunur. Biz həm öz gücümüzə, həm də dost-tanış, qohum-əqraba və hətta tanımadıgımız qəlbi şəfqətlə dolu insanların köməyi ilə övladımı Belarusiyaya müalicəyə apara bildik və bu 11 ay ərzində cox gözəl nəticələr əldə etmişik. Hazırda əsas müalicə bitib və xəstəxana xidmətləri üçün bütün məbləg xəstəxana hesabına köçürülüb. Xəstəliyin müalicəsi üçün Almaniya istehsalı olan dərmanlara cox ehtiyac var. İndi uşağa xəstəliyin geri qayıtmamsı üçün möhkəmləndirici kimyəvi terapiya kursu keçilir və dərmanlar vurulur. Müalicə Allahın köməkliyi ilə 2017-ci ilin may ayında bitməlidir. Son 3 ayda baş verən iqtisadi böhran isə xərcləri daha da artırmışdı. Müalicənin sonuna kimi ancaq dərmanlar üçün 15.000 $ maddi vəsait tələb olunur, bundan başqa xarici ölkədə qalmaq, nəqliyyat və digər xərclər var. Xəstəlik ağır olduğundan hər dəqiqə uşaq üçün çox əhəmiyyəlidir. Aylanın hər kəsin köməyinə çox ehtiyacı var.
Live.az olaraq hər birinizi yardım etməyə çağırırıq.
Mümkün yardımı aşağıdakı bank hesabına köçürmə yolu ilə və ya nağd formada təqdim edə bilərsiniz.
Valideyn (ata) Fərhad Azayevin əlaqə nömrəsi: (070) 378 93 44
Online bank AZN hesabı : 4127 2222 3913 3028