İrəvanda Robert Koçaryanın evinə hücum olub
- 16.04.2016, 10:30,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistanın sabiq prezidenti Robert Koçaryanın evinə edilən hücum zamanı zərərçəkən olmayıb.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bunu R.Koçaryanın mətbuat katibi Viktor Soqomonyan bəyan edib.
Onun sözlərinə görə, Rusiyanın “Sistema” səhmdar-maliyyə korporasiyasının Şura üzvü olan R.Koçaryan hazırda Moskvadadır.
“Mən belə başa düşdüm ki, kimsə eks-prezidentin evinə qumbara ataraq qaçıb. Hadisə nəticəsində zərərçəkən olmayıb”, deyə V.Soqomonyan bildirib.
***
İrəvanda Ermənistanın sabiq prezidenti Robert Koçaryanın evinə hücum edilib.
APA-nın news.am-a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan polisinin ictimaiyyətlə əlaqələr üzrə idarəsinin rəisi Aşot Aqaronyan bildirib.
İlkin məlumata əsəsən, Koçaryanın evinə qumbara atılıb. “Hazırda hadisə yerində operativ qrup işləyir”, deyə polis nümayəndəsi bildirib. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.