"Kasperski": Azərbaycanlı istifadəçilərin 30%-dən çoxu internetdə təhlükələrlə qarşılaşır
- 18.04.2016, 12:09,
- Texnologiya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Kasperski Laboratoriyası" Bakıda "Kibertəhlükəsizlik həftəsonu" (Cyber Security Weekend) adlı konfrans keçirir.
APA xəbər verir ki, tədbirdə Orta Şərq, Türkiyə, Afrika və Azərbaycandan olan aparıcı biznes nümayəndələri və informasiya təhlükəsizliyi üzrə ekspertlər müzakirə aparmaq üçün bir araya gəliblər.
Konfrans ərzində ekspertlər kibertəhlükəsizlik sahəsində qlobal və regional təhdidlərin, mövcud tendensiyaların icmalını təqdim edib, maliyyə fırıldaqçılığına yönəlmiş xüsusi proqramlar kimi regionda, o cümlədən Azərbaycanda olan əsas təhlükə vektorlarını cızıblar.
"Kasperski Laboratoriyası" mütəxəssisləri Azərbaycanda olan istifadəçilərin 2016-cı ildə məruz qaldığı kibertəhlükələrin statistikasını təqdim ediblər. Göstəricilərə əsasən Azərbaycanda sözügedən təhdidlərin sayında artım müşahidə olunur. Ekspertlər "Kasperski Security Network" infrastrukturu vasitəsilə 2016-cı ilin yanvar-may dövrü ərzində toplanmış statistikasını da nümayiş etdiriblər. Statistikaya əsasən Azərbaycandan olan istifadəçilərin 30,2%-i internet şəbəkələrində təhlükələrlə qarşılaşıb. 54% istifadəçi isə elektron daşıyıcılar və lokal şəbəkələrin təhlükəsizlik sistemimdə problemlərlə üzləşib.
Bundan başqa qeyd olunub ki, zərərli proqram təminatı bütün dünyada, o cümlədən Azərbaycanda sürətlə yayılır və bu cür proqramların hücum obyekti həm şirkətlər, həm də adi istifadəçilər olur. Azərbaycanda pul oğurluğuna yönəlmiş proqramlarla bağlı halların sayı 14% artıb.
Bu ilin l rübündə Azərbaycan smartfonlarda kibertəhlükə ilə qarşılaşan istifadəçilərin nisbətinə görə dünyada 20-ci yeri tutur.