MTRŞ tərəfindən telekanallara lisenziya verilməsi və müddətinin uzadılması müvəqqəti təxirə salınıb

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.


MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda Azərbaycan ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi ilə əlaqədar olaraq qarşıda duran vəzifələr müzakirə edilib.



MTRŞ-nın qərarına əsasən, Azərbaycan ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi ilə əlaqədar zəruri texniki-hüquqi prosedur və sənədlərin müvafiq qanunvericilik və beynəlxalq təcrübəyə uyğun surətdə hazırlanması məqsədilə teleradio yayımçılarının xüsusi razılıq (lisenziya) verilməsi və lisenziya müddətlərinin uzadılması barədə müraciətlərinə baxılması müvəqqəti olaraq təxirə salınıb.



"Rəqəmli radio-televiziya yayımı üçün lisenziyaların verilməsi Qaydaları"nın hazırlanması işinin başa çatdırılmasının təmin edilməsi MTRŞ Aparatına tapşırılınb. Xüsusi razılıq (lisenziya) müddətlərinin uzadılması barədə MTRŞ-ya müraciət etmiş teleradio yayımçılarının fəaliyyətinin xüsusi razılıq (lisenziya) müddətlərinin uzadılması barədə müraciətlərə baxılanadək davam etdirilməsi qərara alınıb.
Şərhlər
Texnologiya bölməsinin xəbərləri