Senator: Heydər Əliyevin abidəsinin yerinin dəyişdirilməsi barədə qərar Meksika hökumətinin mövqeyini əks etdirmir
- 15.06.2013, 02:36,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Heydər Əliyevin abidəsinin yerinin dəyişdirilməsi barədə qərar Meksika hökumətinin mövqeyini əks etdirmir. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakıda jurnalistlərə açıqlamasında Meksika Senatının Enerji komitəsinin sədri, senator David Pençina Qrub bildirib.
Senator bildirib: "Bu yalnız mənim mövqeyim yox, həm də Meksika Senatının mövqeyidir. Vəziyyət hökumət tərəfindən yox, yerli hökumət səviyyəsində yaradılıb. Biz də onunla razı deyilik".
Onun sözlərinə görə, bu vəziyyət Meksika xalqının Azərbaycana münasibəti ilə ümumi heç nəyə malik deyil.
Senator vurğulayıb: "Biz bunun baş verdiyinə görə təəssüflənirik. Biz bütün xalqlara hörmətlə yanaşırıq və Heydər Əliyevin Azərbaycan tarixində oynadığı rolu anlayırıq".
David Pençina Qrub qeyd edib ki, bu qərar xalqların mövqeyini əks etdirmədiyindən ikitərəfli münasibətlərdə əks oluna bilməz: "Bunu keçmişdə saxlamaq və müsbət məqamlara diqqət ayırmaq lazımdır".