I Avropa Oyunlarının açılış günü stadiona bomba qoyulması barədə yalan məlumat verən şəxsə hökm oxunub
- 18.04.2016, 20:12,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terror barədə bilə-bilə yalan məlumat vermədə təqsirləndirilən 1960-cı il təvəllüdlü Aydın Xudiyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.
APA-nın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən A.Xudiyev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittiham aktına görə, A. Xudiyev 2015-ci ilin iyunun 12-də, I Avropa Oyunlarının açılış günü Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xidmətinə zəng edərək stadiona bomba qoyulduğunu bildirib. O, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış nəticəsində saxlanılıb. A.Xudiyevin evindən "Sony" markalı diktofon və "Panasonic" markalı kaset aşkarlanaraq götürülüb. O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunub.
Xatırladaq ki, A.Xudiyev "Yol Təhlükəsizliyi üzrə Əhalini Maarifləndirmə" İctimai Birliyinin rəhbəri olub.