Bakıda restoranda müştərilər arasında mübahisə güllələnmə ilə nəticələnib

Bakıda restoranlardan birinin qarşısında mübahisə zamanı güllə yarası alan müştəri tanışları tərəfindən ərazidən aparılıb.

Yaralının xəstəxanaya müraciət etmədiyi bildirilir. Hadisə yerinə Səbail Rayon Prokurorluğu, Polis İdarəsi və 41-ci polis bölməsinin əməkdaşları gəliblər. Hadisə yerində istintaq tədbirləri aparılıb.

Məlumata görə, kafe ərazisindən 5 giliz aşkar edilib.

Hazırda polis əməkdaşları yaralının və hadisəni törədənin kimliyini müəyyənləşdirir.

Faktla əlaqədar Cinayət işi başlanıb. Araşdırmalar aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri