Mingəçevirdə qisas zəminində ağır cinayət törədilib: 1 ölü, 1 yaralı

Mingəçevir şəhərində qisas zəminində ağır cinayət törədilib.


Trend Kanal S-ə istinadən məlumat verir ki, gecə saat 03:00 radələrində Mingəçevir şəhəri, Naxçvan küçəsindəki çayxanaların birində 3 nəfərin iştirakı ilə mübahisə baş verib. Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü İmanov Elnur Zülfü oğlu qisas niyyəti ilə şəhər sakini, 1985-ci il təvəllüdlü Yusifbəyli Toğrul Rafiq oğluna qarın nahiyəsindən bıçaqla zərbə endirib.


Mübahisə zamanı, həmçinin 1983-cü il təvəllüdlü Ədili Taleh Əli oğlu sağ döş qəfəsindən bıçaq yarası alıb. Hər iki yaralı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, 28 yaşlı Yusifbəyli Toğrulun həyatını xilas etmək mümkün olmayıb.


Ədili Taleh isə əməliyyat olunub və cərrahiyyə şöbəsinə yerləşdirilib. Törətdiyi cinayətlə əlaqədar İmanov Elnur Zülfü oğlu səhər saatlarında tutularaq istintaqa təhvil verilib.


Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda cinayət işi qaldırılıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri