Ölkənin bəzi ərazilərinə 2 sm-ə qədər qar yağıb
- 22.04.2016, 15:51,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən ölkədəki faktiki hava ilə bağlı açıqlama verib.
Trend-ə verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi aprelin 22-də ölkə ərazisində hava şəraiti dəyişərək qeyri-sabit keçib, güclü şimal-qərb küləyi əsib, şimşək çaxıb, əksər rayonlarda yağış, dağlıq rayonlarda qar yağıb (1-9 mm).
Qar örtüyü əmələ gəlib, qar örtüyünün hündürlüyü Ləzədə 2 sm olub. Havanın temperaturu 10-12 dərəcə aşağı enib. Qeyri-sabit hava şəraiti aprelin 23-dək davam edəcək.