Ekvadorda 5,8 bal gücündə zəlzələ baş verib

Ekvadorda 5,8 bal gücündə zəlzələ baş verib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri paytaxt Kito şəhərindən 214 km qərbdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Bundan əvvəl Ekvadorda baş vermiş 7,8 ballıq zəlzələdən sonra nisbətən zəif təkanların sayının 714-ə çatdığı bildirilib.
Şərhlər
Dünya bölməsinin xəbərləri