Bakıda iki qardaşı öldürən şəxsə ömürlük həbs cəzası verilib
- 23.04.2016, 10:12,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki qardaşı qətlə yetirməkdə təqsirləndirilən Zaur Tərlanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Z.Tərlanov ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində Cavid və Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq onları öldürüb.