Almaniyada Ərdoğanın ünvanına təhqiredici şeir səsləndirən siyasətçi saxlanılıb
- 24.04.2016, 12:13,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin Berlindəki səfirliyi qarşısında Türkiyə əleyhinə keçirilən etiraz aksiyası zamanı Piratlar partiyasının sədri Brunno Kramm Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına təhqiredici şeiri sitat gətirdiyinə görə saxlanılıb. APA-nın N-tv telekanalına istinadən verdiyi xəbərə görə, aprelin 22-də təşkil olunan aksiyada 20-dək insan iştirak edib.
Məlumata görə, polis iki dəfə Krammdan şeirin səsləndirilməsini dayandırmağı xahiş edib. Polis tələbini Berlin inzibati məhkəməsinin 14 aprel tarixli qərarı ilə əsaslandırıb. Belə ki, həmin qərara əsasən, Türkiyə səfirliyi qarşısında təhqiredici ifadələr səsləndirmək qadağandır. Lakin Kramm polisin çağırışlarına məhəl qoymayıb və nəticədə polis siyasətçini həbs edib.
Məlumata görə, Kramma qarşı Almaniya CM-nin 103 paraqrafı ilə (Xarici ölkə orqanlarını və nümayəndələrini təhqir etmə) cinayət işi başlanıb. Qanuna əsasən, bu pozuntuya yol verən şəxslərin cərimə və ya 3 il həbs cəzasına məhkum olunması nəzərdə tutulur.
Qeyd edək ki, analoji cinayət işi teleaparıcı Yan Bemerman barəsində də başlayıb.
Qeyd edək ki, martın sonunda televiziya aparıcısı Yan Bemerman ZDF telekanalında yayımlanan verilişdə Türkiyə hakimiyyətini tənqid edərək, prezident Rəcəb Tayyib Ərdoğan haqda təhqiredici satirik şeir oxuyub.
Buna cavab olaraq Türkiyə hökuməti Berlinə nota təqdim edərək, Ərdoğanı təhqir edən aparıcını cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. Ərdoğan məsələ ilə bağlı şəxsən Almaniyanın Mayns şəhərinin prokurorluğuna ərizə ilə müraciət edib.