Azərbaycanın ən böyük bankının səhmdarları İdarə Heyətinin sədrini seçiblər

Azərbaycanın ən böyük bankının səhmdarları İdarə Heyətinin sədrini seçiblər Səhmdarların qərarı ilə Cahangir Hacıyev növbəti dörd il müddətinə Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri seçilib.


Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün keçirilən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin səhmdarlarının ümumi toplantısında, həmçinin illik 5,2 faiz təşkil edən gəlirdən 14,1 milyonun dividendlərin ödənilməsinə yönəldilməsi barədə qərar qəbul edilib.


2012-ci ilin yekunlarına görə, bank ümumi dəyəri 52,9 milyon manat həcmində gəlir əldə edib. Ötən ilin yekunları üzrə ABB-nin ümumi gəlirlərinin həcmi 58,5 milyon manat təşkil edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri