AFFA Avro-2020 ilə bağlı İşçi Qrup yaradıb

AFFA Avro-2020 ilə bağlı İşçi Qrup yaradıb 2020-ci ildə futbol üzrə Avropa çempionatının təşkil edilməsi ilə bağlı namizədliyin qəbul edilməsi proseduruna uyğun olaraq UEFA-ya təqdim etmək üçün sifariş kitabının hazırlanması məqsədilə AFFA-nın prezidenti Rövnəq Abdullayevin əmri ilə İşçi Qrup yaradılıb.


Trend qurumun rəsmi saytına istinadən məlumat verir ki, İşçi Qrupun rəhbəri AFFA-nın baş katibi Elxan Məmmədov təyin olunub.


Əmrin icrasına nəzarəti AFFA-nın prezidenti Rövnəq Abdullayev öz üzərinə götürüb.


Qeyd edək ki, 2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Prezidentinin 22 may 2013-cü il tarixli sərəncamına əsasən, sifariş kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi AFFA-ya həvalə olunub.
Şərhlər
İdman bölməsinin xəbərləri