Azərbaycan MN: Erməni silahlı bölmələri yaşayış məntəqələrini haubitsalarından atəşə tutmaqda davam edir
- 28.04.2016, 10:32,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Aprelin 27-si axşam saatlarından başlayaraq, 28-i saat 04.00 radələrinədək erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub.
APA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.